"Qarabağ" - "Viktoriya" oyununda insident

17 Avqust 2022 21:18 (UTC+04:00)

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda insident baş verib.

Aznews.az xəbər verir ki, 23-vü dəqiqədə qonaqların futbolçusu Con Moskera "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçi itələyərək yıxıb.

Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.