Türkiyə Aralıq dənizindəki yataqda qaz kəşfiyyatına başlayır

17 Avqust 2022 21:50 (UTC+04:00)

“Abdülhəmid Han” qazma gəmisi Aralıq dənizində kəşfiyyat işlərinə başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz tviter səhifəsində bildirib.

“Bizim gəmimiz “Abdülhəmid Han” Yörüklər-1 yatağında kəşfiyyat işlərinə başlayıb”, - nazir yazıb.

Avqustun 9-da Türkiyənin yeni qazma gəmisi Aralıq dənizinin Mersin limanından yola düşüb. 238 metrlik “Abdülhəmid Han” dördüncü türk qazma gəmisi ən müasir avadanlıqla təchiz edilib, 12 km-dən çox dərinlikdə zondlama işləri aparmağa qadirdir. Gəminin ekipajı təxminən 200 nəfərdir.