Azərbaycan və Türkiyə kikboksçusundan maraqlı jest

17 Avqust 2022 22:43 (UTC+04:00)

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında maraqlı jest edilib.

Aznews.az xəbər verir ki , kikboksinq yarışında gümüş medal qazanmış Azərbaycan kikboksçusu Rəhim Əliyev və çempion olan Türkiyə idmançısı Aydın Aslan mükafatlandırma mərasimində qardaşlıq nümunəsi olaraq bayraqları dəyişib.

Rəhim Əliyev Türkiyə, Aydın Aslan Azərbaycan bayrağı qaldırıb. Bu, yerli publikanın alqışı ilə qarşılanıb.