Azərbaycan Prezidenti Yeni Zelandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

18 Avqust 2022 11:38 (UTC+04:00)

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.