Samux sakininin icra hakimiyyətinin binasının önündə intihara cəhd etməsi faktı ilə bağlı araşdırma aparılır

18 Avqust 2022 15:34 (UTC+04:00)

Avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.