İslamiada: Azərbaycan kikboksinqdə daha bir qızıl medal qazanıb

18 Avqust 2022 18:58 (UTC+04:00)

Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.

Aznews.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Elvin Ağayev (full contact, 86 kq) də final görüşünə çıxacaq.

15:58

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kikboksçu Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) İslamiadanın qalibi olub. O, finalda İşu Kalfaui Ussamaya (Mərakeş) qalib gəlib.

Beləliklə, Azərbaycan qızıl mealların sayını 27-yə çatdırıb.

Finalda Mavlonbəy Məhəmmədcanova (Özbəkistan) uduzan Camal Məmmədov (Full contact, 54 kq) isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünən kikboksinqdə Bəhram Rəcəbzadə (low kick, +91 kq) qızıl medal qazanıb.