Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılan atəş nəticəsində həlak olub

18 Avqust 2022 19:36 (UTC+04:00)

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoyev Elmar Elçhin oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!