Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərt açıqladı

18 Avqust 2022 21:14 (UTC+04:00)

Moskva ilə danışıqlar yalnız rus qoşunları tutduqları Ukrayna ərazilərini tərk etdikdən sonra mümkündür.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqların yekununda bildirib.

“Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”, -deyə o bildirib.