Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub, ölən və yaralanan var

19 Avqust 2022 00:38 (UTC+04:00)

Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub.

Aznews.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məlumata görə, hadisə Armavir əyalətində qeydə alınıb.

Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri tibb müəssisəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, polis hadisənin başvermə şəraitini araşdırır. Cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edilir ki, hadisə yerində avtomobillər, “Makarov” markalı tapança və qan izləri aşkar edilib.

Məlumata görə, atışmada ölən şəxsin atası keçmiş polis əməkdaşı olub.