"Şamaxı" - "Səbail" oyununda insident

19 Avqust 2022 18:44 (UTC+04:00)

Şamaxıda eyniadlı komanda ilə "Səbail" arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun açılış oyununda insident baş verib.

Aznews.az xəbər verir ki , buna meydan sahiblərinin kapitanı Elvin Məmmədovun qonaqların hücumçusu Ağabala Ramazanova qarşı kobud oynaması səbəb olub.

Futbolçular oyun epizoduna görə bir-birinin üstünə getsələr də, komanda yoldaşları qalmaqalın böyüməsinə imkan verməyib. Görüşün baş hakimi Vüqar Həsənli hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və "Səbail" hesabda öndədir - 1:0.