Azərbaycan FHN yanğınsöndürənlərini Laçına göndərib

20 Avqust 2022 22:53 (UTC+04:00)

Azərbaycan Fövqəladə Hallar Nazitliyi (FHN) Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın “Baqramyan” “Telegram” kanlı məlumat yayıb.

“Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Laçına yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər”.
Xatırladaq ki, Azərbaycan mediasında ilk olaraq bu xəbəri “Müsavat.com” yayıb.