Salyanda avtovağzal direktorunu bıçaqladılar

4 İyul 2013 13:57 (UTC+04:00)
Bu gün səhər 08.40 radələrində Salyan avtovağzalında bıçaqlanma olub. AzNews.az-a rayondan verilən məlumata görə, Salyan rayon avtovağzalının direktoru Nurəddin Hidayət oğlu Məlikov bıçaqlanıb.

Hadisəyə avtovağzalın direktorunun öz işçisini təhqir etməsi səbəb olub. Belə ki, xadimə xanımı təhqir edən direktoru xadimənin oğlu cəzalandırıb.

Salyan RPŞ-dən AzNews.az-a bildirilib ki, Nurəddin Məlikovu mübahisə zəminində Məmmədtağı Əhmədağa oğlu Əzizov bıçaqlayıb.

Fakt üzrə cinayət işi açılıb. İstintaqı RPŞ-nin müstəntiqi Tofiq İsmayılov araşdırır.

Ruhiyyə
AzNews.az