Məşhur türk alimi Əziz Sancar beyin xərçənginin dərmanını tapıb!
Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, təsadüfi möcüzəli kəşflə alim bu nailiyyətə də imza atıb.
Türkiyənin ilk və yeganə Nobel mükafatçısı, professor Əziz Sancar ona Nobel qazandıran "DNT Təmir Sistemi" ilə bağlı "maraqlandığı" suala cavab axtararkən təsadüfən beyin xərçənginin dərmanını tapıb.
Sancarın kəşfinə görə, "EdU" molekulu maneələrdən keçərək beyinə asanlıqla daxil ola bilir ki, xərçəngli xəstələrə tətbiq olunan kimyaterapiya dərmanları bunu etməyi bacarmır. Yəni ki, bu dərmanlar beyinə daxil ola bilmirlər.
Ə.Sancar deyir ki: "EdU hüceyrələri hüceyrəni öldürdüyü üçün beyin xərçəngi olan xəstəyə verilərsə, beyinə daxil olub xərçəng hüceyrələrini də öldürər".
Sancarın sözlərindən: “Belə qənaətə gəldim ki, "EdU" hüceyrələri xərçəng hüceyrələrinin DNT-sinə daxil olacaq və neyronlara zərər vermədən şişi öldürəcək".
Nuray
Aznews.az