Laçında iki hərbçimiz minaya düşüb

22 Avqust 2022 12:26 (UTC+04:00)

Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.