Azərbaycanda “Google Pay”dən istifadə mümkün olub

22 Avqust 2022 22:05 (UTC+04:00)

“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.

Aznews.az xəbər verir ki, hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.

Qeyd edək ki, “Google Pay” nağdsız ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.

Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.