Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilir

23 Avqust 2022 12:32 (UTC+04:00)

Bir neçə gündən sonra Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdiriləcək.

Bu barədə “MasterCard” şirkətindən məlumat verilib.

Məlumata görə, sisteminin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşmaq üzrədir.

"Google Pay" 2015-ci ilin sentyabr ayında yaradılıb, "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda çalışır.