Çimərlik futbolu üzrə Azərbaycan millisi İrana uduzub

23 Avqust 2022 22:15 (UTC+04:00)

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yerli yığma ilə yoldaşlıq oyunu keçirib.

Aznews.az xəbər verir ki, qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan seçməsindən Elçin Qasımov və Ramil Əliyev fərqlənib.

Milli komanda avqustun 24-ü və 25-də İran yığmasına qarşı daha iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.