Ərdoğan hakimiyyəti Mursini müdafiə etdi

4 İyul 2013 14:33 (UTC+04:00)
Türkiyə hökuməti ordu tərəfindən Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına münasibət bildirib.

Baş nazirin müavini Bəkir Bozdağ deyib ki, demokratiyada iqtidar dəyişikliyinin yeganə yolu seçkidir və seçkidən kənar alternativlə hakimiyyətə gəlmək olmaz.

Bəkir Bozdağ bildirib ki, Misirdə xalqın iradəsi ilə hakimiyyət dəyişikliyi baş verməyib.

Qeyd edək ki, dünən hərbi çevriliş baş verməzdən öncə də Misirdəki proseslərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaymışdı. Bəyanatda vurğulanırdı ki, bütün demokratik sistemlərdə seçki ilə hakimiyyətə gələnlərin seçki ilə vəzifələrindən ayrılması vacibdir. Bəkir Bozdağın son açıqlaması isə Rəcəb Tayyib Ərdoğan hökumətinin Misirdə hərbi çevrilişə mənfi münasibət bəslədiyini bir daha ortaya qoyur. (lent.az)

AzNews.az