Lerikdə zəlzələ olub

27 Avqust 2022 16:13 (UTC+04:00)

Lerikdə zəlzələ olub.

Bu barədə Aznews.az-a Respublikası Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təkanlar yerli vaxtla saat 14:28-də Yardımlı stansiyasından 25 km cənub-şərqdə Lerik rayonunda qeydə alınıb.

Dərinliyi 13 kilometr, maqnitudası 3,1 bal olan zəlzələ hiss olunmayıb.