“Günəşli“ yatağında yeni quyu istismara verildi

4 İyul 2013 18:25 (UTC+04:00)
"Günəşli" yatağındakı 10-cu özüldən 340 nömrəli quyu qazmadan sonra istismara verilib.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 2967-2936 metr intervaldan sutkalıq 70 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

AzNews.az