Milliyyətçi gənclər səfirliyin qarşısında etiraz piketi keçirdilər

4 İyul 2013 16:12 (UTC+04:00)
Bu gün Milliyyətçi Gənclər Təşkilatı Çin səfirliyini qarşısında Çində yaşayan uyğurların məruz qaldığı qətliam, repressiya, təqib-təzyiq aktlarına qarşı etiraz piketi keçiriblər.

Gənclər uyğurlara qarşı amansızlığa etirazlarını şüarlarla bildiriblər. Tədbirə Tatarıstandan gələn gənclər də qatılıblar.

Azərbaycan polisi gənclərin tədbirinə müdaxilə edib, onları qovub. Aksiya zamanı saxlanılanlar olub. Sevinc Əliyeva, Müşviq Vəliyev, Orxan Eyvazov, Lalə Qarayeva, Lalə Cəmilova adlı gənclər Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinə aparıblar. //musavat.com//

AzNews.az