Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə vəfat edib

3 Sentyabr 2022 21:34 (UTC+04:00)

Azərbaycan və rus dillərində dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyat nümunələrinin rus dilinə çevrilməsində və təbliğində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib.

Aznews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı feysbukda paylaşım edib.

Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib.

2003-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Allah rəhmət eləsin!