İran İdman Nazirliyində çimərlik paltarı qalmaqalı
4 İyul 2013 21:12 (UTC+04:00)
İranın İdman Nazirliyi üzgüçü qadın İlham Əsgərinin Xəzər dənizində 8 saatda 18 km üzməsinə dair rekordunu qeydə almaqdan imtina edib. Buna səbəb kimi qadın üzgüçünün çimərlik paltarının şəiətə uyğun olmaması göstərilib.
İlham Əsgərinin sözlərinə görə isə, o, əvvəlcə qadın çimərliyində üzməyə başlayıb və güyimi normalara uyğun olub: "Əynimdə Üzgüçülük Federasiyasının qəbul etdiyi çimərlik paltarı vardı".
Bundan sonra İdman Nazirliyi qadın idmançının uğurunun qeydə alınmamasının başqa səbəbini göstərməli olub. Nazirlikdən bildirilib ki, rekord zamanı idmançının yanında hökumət nümayəndələrindən heç kəs olmayıb. Bu isə idmançının uğuruna şübhə yaradır.
Elnarə
AzNews.az