Çin yaxın kosmos üçün günəş enerjisi ilə işləyən dronunu sınaqdan keçirib

4 Sentyabr 2022 16:06 (UTC+04:00)

Çin günəş batareyaları ilə işləyən Qimingsin-50 (QMX-50) Yerə yaxın kosmosda uçuşlar üçün pilotsuz uçuş aparatını (PUA) uğurla sınaqdan keçirib.

Aznews.az xəbər verir ki, bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyasına (AVIC) istinadən Sinxua agentliyi məlumat verib.

Korporasiya bildirib ki, birinci Təyyarə Quruculuğu İnstitutu AVIC tərəfindən hazırlanmış QMX-50 iri ölçülü iki gövdəli kosmosa yaxın İHA ölkənin şimal-qərbindəki Yulin şəhəri (Şansi əyaləti) yaxınlığında havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib.

Qeyd olunur ki, bu, yaxın kosmos üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin AVIC tərəfindən yaradılmış günəş batareyaları ilə tam işləyən ilk İHA-dır.