İranda zəlzələ baş verib

5 Sentyabr 2022 18:16 (UTC+04:00)

İranın cənubunda zəlzələ baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzindən yazılı açıqlama verilib.

Bildirilib ki, episentri Hörmüzqan əyalətinin Fin şəhərində olan 5,4 bal gücündə zəlzələ yerli vaxtla saat 13:44-də qeydə alınıb.

Zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi bildirilib.

Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Züriyə Qarayeva