SOCAR-ın sahib olduğu şirkətin ərazisində yanğın - FOTO

5 İyul 2013 07:15 (UTC+04:00)
Havanın qaranlıq olması səbəbindən alovun söndürülməsinə helikopterlər cəlb olunmayıb

SOCAR-ın sahib olduğu "Petkim" şirkətinə aid meşəlik sahəsində yanğın baş verib. Hazırda Türkiyənin Əliağa bölgəsinin Çayağacı sahəsində alovun tam söndürülməsi üçün tədbirlər görülür. ANS PRESS türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Əliağa bölgəsinin rəhbəri İbrahim Kəklik bildirib ki, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub:

"Hazırda yanğının söndürülməsi üçün əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib. Lakin havanın qaranlıq olması səbəbindən alovun söndürülməsinə helikopterlər cəlb olunmayıb. Amma yanğının "TÜPRAŞ"ın ərazisinə keçməsi riski yoxdur".

AzNews.az