Gədəbəydə 46 min manatlıq inəklər oğurlanıb

6 Sentyabr 2022 11:38 (UTC+04:00)

Gədəbəy Rayon Polis Şöbəsinə Çökək Yurd adlanan ərazidə Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə müraciətlər daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.