“Apple” öz cihazları üçün icarə xidmətini işə salacaq

6 Sentyabr 2022 21:09 (UTC+04:00)

“Apple” şirkəti yeni cihazlarının növbəti təqdimatında “iPhone”, “iPad” və digər cihazlar üçün abunə xidmətini elan etməyi planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, “Apple” cihazlarının icarəsi “Apple One” abunəsinə bağlı olacaq. Beləliklə, istifadəçilər təkcə yeni smartfon deyil, həm də “Apple Music”, “Apple TV+”, “Apple Arcade” və bir sıra digər xidmətlərə çıxış əldə edəcəklər.

Bu halda icarə haqqı cihazın qiymətinə bağlı olmayacaq. Abunəçilər köhnə “Apple”ı qaytarmaqla hər il yeni “iPhone” əldə edə biləcəklər.

“Apple” avadanlıqlarının icarəyə götürülməsi variantının hansı ölkələrdə olacağı hələlik məlum deyil.