Qadınlara yeni iş: varlıları ana südü ilə bəsləyin
5 İyul 2013 07:42 (UTC+04:00)
Çində qadınlar üçün yeni iş imkanı yaradılıb. Ölkənin müxtəlif yerlərində övladını itirən və südü olan analara iş təklifi ilə bağlı elanlar verilir.
Kadr agentliklərinin verdikləri elana əsasən, gənc qadınlar döşlərindən uşaqlara yox, nə qədər qəribə olsa da böyüklərə süd verəcəklər. Varlılar bu qida üçün ayda 3 min dolar ödəməyə razıdır.
Çinin qərbindəki böyük şəhərlərin imkanlı şəxsləri ana südünün insan orqanizminə xeyrindən bu yolla istifadə etmək qərarına gəlib. Belə bir fikrin formalaşmasına səbəb isə yerli qəzetlərdən birində ana südünün srtessi azaltmağa və orqanizmi möhkəmləndirməyə kömək etməsi barədə dərc olunan yazı olub.
Hətta bəzi müştərilər onlara süd verəcək qadını evlərində saxlayır ki, istədikləri zaman əllərinin altında yeni süd olsun.
Xatirə
AzNews.az