“Bitcoin” 10 faizdən çox bahalaşıb

9 Sentyabr 2022 21:12 (UTC+04:00)

Bugünkü ticarət zamanı bitkoinin dəyəri 10 faizdən çox artıb.

Aznews.az xəbər verir ki, bunu “Coindesk” ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 18:16-ya olan məlumata görə, ən populyar kriptovalyutanın dəyəri kəskin artımdan sonra 21 107 ABŞ dolları təşkil edib.

Eyni zamanda, gün ərzində pik dəyər 21 239 ABŞ dolları olub.