İranda 6 nəfər edam edildi
5 İyul 2013 08:11 (UTC+04:00)
İranda 6 nəfər edam edilib.
Edam edilən məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Onların ad və soyadları açıqlanmayıb. Məhbuslar barəsində Bəm İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyulun 4-də səhər saatlarında Bəm şəhərində icra edilib.
Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir.(apa.az)
AzNews.az