Bakıda qonşusu tərəfindən döyülən qadının əli sınıb

11 Sentyabr 2022 09:33 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Ağahüseyin qızı qonşusu ilə mübahisə zamanı döyülüb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.