Norveç “Eurovision-2014” mahnı seçiminə başladı

5 İyul 2013 08:52 (UTC+04:00)


Norveç "Eurovision-2014" yarışmasında ifa ediləcək mahnı seçiminə başlanılıb.

Norveç təmsilçisi Vivi Stenberqin bildirdiyinə görə, seçimdə "Eurovision" mahnı müsabiqəsi üçün tipik olmayan mahnılara üstünlük veriləcək.
O, deyib ki, seçim zamanı Norveç bəstəkarlarının əsərlərinə də üstünlük veriləcək.

Qeyd edək ki, sentyabrın 15-nə kimi nəzərdə tutulan seçimə başqa ölkələrdən mahnıların təqdim olunması istisna deyil.

Bahar Rüstəmli
AzNews.az