Gələn il sosial müdafiə xərcləri 4 milyard 411,8 manat olacaq

15 Sentyabr 2022 20:32 (UTC+04:00)

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 milyard 411,8 milyon manat proqnozlaşdırılır.

Aznews.az xəbər verir ki , bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Bu, 2022-ci illə müqayisədə 683,2 milyon manat, yaxud 18,3 faiz çoxdur.