Nensi Pelosi Nikol Paşinyanla görüşüb

18 Sentyabr 2022 22:21 (UTC+04:00)

Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Baş nazir Nikol Paşinyanla görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin "Twitter" hesabında bildirilib.

"Spiker Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti ABŞ-Ermənistan tərəfdaşlığı və digər prioritetləri, həmçinin demokratiya, regionda təhlükəsizlik və sabitliyin inkişaf etdirilməsi üzrə birgə öhdəliyimizi müzakirə etmək üçün Baş nazir Paşinyanla görüşüb", məlumatda qeyd olunub.