İranda kütləvi iğtişaşlar zamanı ölənlər və yaralananlar var

20 Sentyabr 2022 20:31 (UTC+04:00)

İranın Kürdüstan əyalətində əxlaq polisi tərəfindən saxlanılan qızın ölümü ilə bağlı keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb.

Aznews.az xəbər verir ki, bunu Kürdüstan əyalətinin başçısı İsmail Zarei Kuşa deyib.

O, yaralı sayını açıqlamasa da, əhalini sakitliyə çağırıb.

Əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümü ilə bağlı bu gün İranın paytaxtı Tehranda, Həmədan və Qəzvin şəhərində də etiraz aksiyaları keçirilib. Tehranın Vəli Əsr xiyabanında izdihamlı etiraz aksiyasında hökumət əleyhinə şüarlar səsləndirilib.

Onlar “diktatora ölüm” şüarı səsləndirərək həbs olunan şəxslərin azad olunmasını tələb ediblər.