Rusiyada ehtiyatda olan 300 min nəfər səfərbərlik çərçivəsində orduya çağırılacaq

21 Sentyabr 2022 11:17 (UTC+04:00)

“Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər xidmətə çağırılacaq”.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O, çıxışında Rusiyanın səfərbərlik resursunun, təxminən, 25 milyon nəfər olduğunu xatırladıb: “Qismən səfərbərliyə düşənlərin sayı bu rəqəmin 1 %-dən bir qədər çoxunu təşkil edir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. (report)