Qırğızıstan və Tacikistan sərhədində durum yenidən gərginləşib

21 Sentyabr 2022 23:59 (UTC+04:00)

Qırğız Respublikası və Tacikistan sərhədində durum yenidən gərginləşib.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd olunub ki, Tacikistan hərbçiləri qırğız sərhədçilərinə bir neçə dəfə atəş açıb.

Xatırladaq ki, sentyabrın 14-dən etibarən tərəflər arasında gərginlik davam edir.