FHN-in baş idarə rəisi qəfildən vəfat edib

22 Sentyabr 2022 09:41 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib.

Bu barədə məlumat FHN-dən əldə edilib.

E.Mirzəxanovun hansı şəraitdə və hansı səbəbdən öldüyü məlum deyil.

O, Bakıda torpağa tapşırılıb.