Ərdoğanın vasitəçiliyi ilə 200 hərbi əsir dəyişdirildi

22 Sentyabr 2022 11:09 (UTC+04:00)

Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı diplomatik müzakirə nəticəsində Rusiya ilə Ukrayna arasında 200 hərbi əsirin dəyişdirildiyini açıqlayıb.

Prezident Ərdoğan ABŞ-a səfərini dəyərləndirdiyi Nyu Yorkdakı “Türkevi”ndə jurnalistlərə verdiyi müsahibədə Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu bildirib.

O Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib. Digər tərəfdən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın vasitəsi ilə Rusiya qüvvələri tərəfindən əsir götürülən 5 ingilis, 2 amerikalı, 1 isveç, 1 xorvat və 1 mərakeşli döyüşçünün azad edildiyi açıqlanıb.

Züriyə Qarayeva