Volodimir Zelenski Ərdoğana təşəkkür edib

22 Sentyabr 2022 11:17 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə dövlət başçıcı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

O, bu barədə tviter səhifəsində yazıb.

“Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”.

Zelenski, həmçinin əsirlikdəki digər şəxsləri qaytarmağa çalışdıqlarını bildirib.

Qeyd edək ki, dünən Ərdoğanın vasitəçiliyi ilə 215 əsir Ukraynaya qaytarılıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Rüstəm Babayev Arif oğlu da var.