Ərdoğan: Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur

22 Sentyabr 2022 18:59 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.

Aznews.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğan deyib ki, Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur.

Türkiyə Prezidenti qeyd edib ki, Pelosinin səfərini şişirtməyə ehtiyac yoxdur.