Mikroavtobusun aşması nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib - TƏBİB

22 Sentyabr 2022 21:07 (UTC+04:00)

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aznews.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Xatırladaq ki, Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete" markalı avtomobili ötmək istəyərkən toqquşub.
Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.