Türkiyə Avropa Siyasi Birliyinin toplantısına dəvət olunub

23 Sentyabr 2022 15:10 (UTC+04:00)

Avropa Siyasi Birliyinin ilk liderlərinin toplantısı oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək.

AzNews.az xəbər verir ki, toplantı üçün Türkiyə də daxil olmaqla 17 ölkəyə dəvət göndərilib.

Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ-nin müddətli prezidenti olan Çexiyanın Baş naziri Petr Fiala imzalayıblar.

Türkiyədən başqa dəvət göndərilən ölkələr Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə olub.

Aİ-yə alternativ olmayacağını və yeni beynəlxalq təşkilata çevrilməyəcəyini vurğulayan Avropa Siyasi Birliyinə ildə bir və ya iki dəfə liderlər səviyyəsində toplaşmaq xahiş olunur.

Liderlərin ikitərəfli görüşləri də gözlənilir. Görüşlərdən və müzakirələrdən sonra şam yeməyi ilə yekun iclasının keçirilməsi nəzərdə tutulur.

Züriyə Qarayeva