Rusiyada insanlar ölkədən axın edir

23 Sentyabr 2022 17:31 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etməsindən sonra ölkədə böyük çaxnaşma yaranıb.

Rusiyada elan edilən qismən səfərbərlikdən sonra hərbi xidmətə getmək istəməyən vətəndaşlar hava limanlarına axın edib.

Ölkəni tərk edənlərin sayının 70 min olduğu iddia edilir. Rusiya rəsmiləri təşvişə düşərək hava limanlarındakı kişilərin hərbi statusu və geri dönüş məlumatlarını yoxlamağa başlayıb.

Digər tərəfdən Türkiyə, Ermənistan və Finlandiya kimi qonşu ölkələrə qaçan ruslar sərhəd qapılarında uzun növbələr yaradıblar.

Sərhəd nəzarəti gücləndirilib. Bəzi Rusiya vətəndaşları isə uzun növbələr və tıxac səbəbindən maşınlarında gecələməli olublar. Bəzi rusların gecə saatlarında skuter və velosipedlə sərhədi keçdiyi bildirilsə də, qısa müddət sonra bunun qadağan edildiyi öyrənilib.

Züriyə Qarayeva