Kabildə məsciddə partlayış olub

23 Sentyabr 2022 17:13 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildəki "Yaşıl zona" adlanan ərazidə yerləşən Vəzir Əkbər Xan məscidində cümə namazından sonra partlayış baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış onlarla insan məsciddən çıxarkən baş verib.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım göndərilib. Ərazi mühasirəyə alınsa da, ölən və yaralananların ola biləcəyi ehtimal edilir.

Hələlik rəsmi orqanlar partlayışla bağlı açıqlama verməyib.

Züriyə Qarayeva