Rusiya-Gürcüstan sərhədində 3 mindən çox nəqliyyat vasitəsi növbə gözləyir

23 Sentyabr 2022 21:52 (UTC+04:00)

Rusiyanın Gürcüstanla sərhədindəki nəzarət-buraxılış məntəqəsində 2 mindən çox minik avtomobili növbə gözləyir.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Bildirilir ki, 2 mindən çox minik avtomobili Yuxarı Lars buraxılış məntəqəsindən keçmək üçün gözləyir.

Gürcüstana keçmək istəyən yük avtomobillərinin sayı 1300-ə çatır. Onlar sərhədi elektron növbə əsasında keçirlər.

Gürcüstandan Rusiyaya nəqliyyat vasitələrinin keçidində isə heç bir sıxlıq müşahidə olunmur.