Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək

24 Sentyabr 2022 15:47 (UTC+04:00)

Kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək.

Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik nazirlər iclasında deyib.

Nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyününün bərpa edilməsindən sonra regionda yeni reallıqlar yaranıb.