Gülər Əhmədovadan təzə xəbər var

5 İyul 2013 12:59 (UTC+04:00)
Sabiq millət vəkilinə hər gün "Relanium" vurulur

ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı rüşvət videolarından sonra həbs olunan keçmiş deputat Gülər Əhmədovanın həbsxanada fiziki durumu stabil deyil. Gunxeber.com-un əldə etdiyi məlumata görə, son vaxtlar sabiq deputatın səhhəti daha da pisləşib və psixoloji gərginliyi artıb. G.Əhmədova əsəb sarsıntısı və stress keçirir. Buna görə də, son vaxtlar ona hər gün adı narkotik vasitələr və psixortop maddələrin siyahısında olan "Relanium" vurulur. Sabiq deputatın əsəbləri yalnız bundan sonra sakitləşir.

Onun səhhəti ilə bağlı vəkillərindən məlumat almaq mümkün deyil. Çünki sabiq deputat vəkillərinə mətbuata danımağı qadağan edib.