Daxili işlər orqanlarında kadr dəyişikliyi olub

24 Sentyabr 2022 16:19 (UTC+04:00)

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Aznews.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis kapitanı Məmmədov Cabbar Yusif oğlu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə C.Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.